10:41 PM Mənim xəyalım | |
Fikirlərim... Alaqaranlıq otaq... Və mən... İnsanın
taleyi çox qəribə ola bilərmiş. Bu onu adi insanlardan fərqləndirə bilərmiş. Və
özünün qeyri-adi olduğunu hiss edə bilərmiş... Sevib, unudub, yenidən sevə bilərmiş...
Özünü unuda bilərmiş... Niyə?! Əlbəttə ki, niyəsini bilmədən. Hər hansı bir
plan qurmadan. Özünü taleyin burulğanına atmış insanın bu burulğanda yalnız bir
şey gözləyə bilər – ölüm! Bəs məni necə?! Məni də ölüm gözləyirmi?! Əlbəttə
hamı kimi məni də hə. Amma vədəsizmi gələcəkdi o?! Bəs planlar. Axı deyirlər ən
pis plan plansızlıqdan qat-qat yaxşıdır.. Amma bəzən də nəyisə ölçüb-biçirsən,
düşünürsən, sonda o iş düz gətirmir. Belə olanda peşmanlayırsan ki, mən nəyə
görə bu qədər tərəddüd eləyib bu işi gecikdirdim. Bax onda peşman olursan. Bəlkə
də bunu qismət adlandırırsan. Çoxları kimi mən də bir çox vaxtlarda "qismət”
deyirəm buna. Amma qismət deyilən bir şeyin olmadığını da çox yaxşı dərk edirəm.
Məncə bu kəlmə kimisə ovundurmaq üçün ən yaxşı vasitələrdən biri olduğu üçün
indiyə qədər yaşayır. Digər tərəfdən buna ehtiyac da vardır. İnsanların
ümidsiz, yalnız və çarəsiz anlarında onların köməyinə çatan ən vacib
inanclardan biri məhz qismət anlayışıdır. İkincisi isə yəqin ki, səbr
olmalıdır. Amma qismət daha vacib qəbul ediləndir. İstər təmkinli, istərsə də hövsələsiz
insanlar qismətin məhz Allah tərəfindən hər kəsə ana bətnində olarkən verilən
alın yazısı olduğu fikirlərini qəbul edirlər. Etməlidirlər. Çünki ən ekstremal
anlarda onların seçəcəyi yeganə şey budur. Düşüncələrim... Düşündükcə vaz keçməmək.
Vaz keçmədikcə bağlanmaq. Bağlandıqca yaşamaq və sevmək. Sevdikcə özünü
unutmaq. Sonunda tənha qalmaq. Yenə də düşünmək. Niyə tənha qaldığını dərk etməyə
çalışmaq. Bağışlamaqmı?! Axı yenə tənha qalacaqsan... Elə isə vaz keç və
keçdinsə bir daha qayıtma. Unut getsin!.. Sadəcə hərdən xatırlayacaqsan, kövrələcəksən
və nəhayət unudacaqsan. Amma onu necə sevməyə başladığını xatırlayanda
yanacaqsan həmin gizli sevgidən... Bunu
ona deyə bilmirdim... Deyə bilməzdim... Mümkün deyildi... Heç vaxt da bunu
məndən eşitməyəcəkdi. Bəlkə də nə vaxtsa ona qarşı olan hisslərimi anlayacaqdı.
Mən isə sonsuza qədər susmağı düşündüm... Amma onu sevirdim!.. Kinolardakı,
əsərlərdəki sevgilərdən daha böyük ilahi eşq ilə ona hər gün daha çox
bağlanırdım. Bir gün gəlib yanımda
oturdu. Mən çağırmışdım. Bir məsələ ilə bağlı köməkliyini istəmişdim. Təx-minən
yarım saat həmin işlə bağlı bir yerdə fikir mübadiləsi aparmalı olduq. Hərdən
baxışlarımız toqquşanda özünü itirir, tez də fikirlərini yayındırıb
qarşısındakı kağıza baxırdı. Amma mən onun getməsini istəmirdim. Buna
baxmayaraq hiss edir-dim ki, vaxt yetişir səssizcə. Onu məndən ayıracaq. Belə
də oldu... Lap indiki kimi. Amma indikindən fərqli olaraq onda sabah onu yenə
görə biləcəkdim. İnsi isə onu heç zaman görə bilməyəcəm. Yerini bilsəm də, məni
unutmadığını anlasam da getmə-yim, onu görməyim əlçatmaz idi. Və mən bunu
qismət adlandırırdım. Özümü aldadaraq..!
| |
|
| |
| Всего комментариев: 0 | |