1. Tənha
canavar (detektiv roman)
Bir gün ətrafında
olan insanların hamısı səni tərk edəcək və sən tənha qalacaqsan. Bu mütləq
olacaq. Ola bilsin ki, bu dünyada deyil, digər bir dünyada olacaq. Amma mütləq
olacaq. Sən isə bu tənhalığınla özünü bir daha tanıyacaqsan. Mütləq
tanıyacaqsan. Və əmin ol ki, bu dünyadasansa indiki ağlınla, digər bir
dünyadasansa vaxtı ilə öz ağlınla etdiklərinin qarşılığını mütləq alacaqsan.
Əmin ol ki, sən heç vaxt həmişə tənha qalmayacaqsan. Çünki sən damarlarında müqəddəs
bir qan axan Türk Canavarısan. Diqqətlə bax! Dayandığın kifayət qədər yüksək təpənin
zirvəsindən sənin üçün işıqlı yol görünür. O yol bizim yolumuzdur!
E-versiya:
http://kitabxana.net/?oper=readBook&id=1323
2. Ünvansız
sevgi (detektiv roman)
Gənc ailədə ağır
itki baş verir. Uzun illərdən sonra bu ailəyə uşaq qismət olacağı bir zamanda
ailə başçısı Xalid Səlimov öz malikanəsində qətlə yetirilir.
Qatilin səmərəsiz
axtarışı heç bir nəticə vermir. İşi aparanlar bu qətlin altı il əvvəl baş
vermiş hadisə ilə bağlı olduğunu sübuta yetirsələr də, qatili tapmaq mümkün
olmur. O, müəmmalı formada yoxa çıxır. Bu andan etibarən cinayət işinin davam
etdirilməsi mərhumun qardaşının təkidi ilə müstəqil xəfiyyə polkovnik Tomar Bəşirlidən
xahiş olunur.
İşi gizli
aparan polkovnik tezliklə bu qətllə bağlı heç kəsin bilmədiyi maraqlı faktları
aşkara çıxarır. İndi onu yuxusuz gecələr və müəmmalı əlaqələri aşkara çıxarmaq
kimi dolaşıq bir cinayət işi gözləyirdi. Hələ ki, bu qətllə bağlı ona məlum
olan yalnız bir məsələ var idi - rayon polis bölməsi təhqiqatı düzgün
araşdırmamışdı...
E-versiya:
http://kitabxana.net/?oper=readBook&id=1316
3. Ümidlərin
izi ilə (kriminal-detektiv roman)
1991-ci
il... Sentyabr... Tələbəlik...
Hələ ki, dəniz
sakit ləpələnir, zəncirini qırmış fırtınalar nəyisə gözləyirdi. Çoxları kimi
Ramil də, canı qədər sevdiyi Aytəkin də onları gözləyən bədbəxtlikdən xəbərsiz
halda günlər ötüşdükcə bir-birinə daha da bağlanırdılar.
1992-ci
il... Fevral... Xocalı...
Həmin gün
fırtınalar daha tərəddüt etmədi. Sanki bu dəfə də tamam başqa bir fitvaya uyub
həmişəlik susmaqdan qorxmuşdular.
2011-ci
il... Fevral... Bakı...
Deyəsən
bütün acılar geridə qalmışdı axı?! Amma yox... İyirmi il müddətində dama-dama
yaranan sakitlik gölü yenidən öz təmkinini pozacaqdı. Amma bu dəfə yalnız Ramil
üçün. İndi onu da, məxfi şöbənin təcrübəli əməliyyatçısı mayor Qüdrətovu da
uzun illərin sakitliyindən sonra yenidən ərşəyə çıxmış təlatümün baxışları
altında sirli təhqiqat qarabaqara izləyirdi...
Qüdrətov son
bir neçə ayda apardığı gərgin təhqiqatın nəticəsi olaraq ermənilər tərəfindən
Bakıya göndəriləcək gizli casusun izinə düşsə də, bunu hamıdan gizli saxlayır.
Onun fikrincə həmin adamın paytaxta gəlməsi, Aytəkinin Xocalıda girov düşməsi və
digər qaranlıq mətləblərin bütün açarları iyirmi il əvvəl baş vermiş bu hadisəyə
düyünlənmişdi. İndi onun yeganə məqsədi həmin şəxsi aşkara çıxarıb ifşa etməkdir...
E-versiya:
http://kitabxana.net/?oper=readBook&id=1379
4. Sonuncu hədiyyə
(detektiv roman)
Təcrübəli xəfiyyə
bir-birini sevən iki tələbə gəncin müammalı formada yoxa çıxmasını araşdırır.
Tezliklə dənizdən qızın meyitinin tapılması işin qətl hadisəsi olduğuna heç bir
şübhə yaratmır. Qatilin axtarışlarının səylə davam etdirilməsi xəfiyyənin düz
iyirmi iki il əvvəl baş vermiş daha bir hadisənin üstünü açmasına səbəb olur.
Qızın ailəsinin bu hadisədən xəbərsiz halda illərlə yaşadığı məlum olur. Məhz
bu dəhşətli xəbərdən sonra qızın anası iyirmi iki il əvvəl olmuş həmin hadisəninin
necə baş verdiyini öyrənir. Sonrakı günlərdə bu hadisənin qızın qətli ilə əlaqədar
olduğunu aşkara çıxaran təcrübəli xəfiyyə indi artıq qatili ələ keçirmək üçün
onun növbəti həmləsini gözləmək qərarına gəlir.
E-versiya:
Tezliklə kitabxana.net portalında yerləşdiriləcək!